4 avqust 2026. Çərşənbə axşamı

"Real Madrid"in gənc hücumçusu 40 milyon avroya "Fulhem"ə keçib


  • Transfer
  • 00:47 04.08.2026
  • Oxunma sayı: 46
"Real Madrid"in gənc hücumçusu 40 milyon avroya "Fulhem"ə keçib

"Real Madrid" hücumçusu Qonsalo Qarsiyanın İngiltərə Premyer Liqası təmsilçisi "Fulhem"ə transfer olunduğunu rəsmən açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, yay transfer dönəmində adı Türkiyənin "Fənərbağça" klubu ilə də hallanan 22 yaşlı futbolçu London təmsilçisi ilə 5+1 illik müqavilə imzalayıb. Məlumata görə, "Fulhem" bu transfer üçün "Real Madrid"ə 40 milyon avro məbləğində transfer haqqı ödəyib.

İmzalanma mərasimindən sonra klubun mətbuat xidmətinə danışan Qonsalo Qarsiya yeni komandasına keçidindən məmnunluğunu ifadə edib.

"Burada olduğum üçün çox xoşbəxtəm. Mənə göstərilən etimada görə klub rəhbərliyinə və Arbeloaya təşəkkür edirəm. Yeni komandamda işə başlamaq üçün səbirsizlənirəm", - deyə 22 yaşlı hücumçu bildirib.

Qeyd edək ki, Qonsalo Qarsiyanın adı yay transfer pəncərəsində Türkiyə nəhəngi "Fənərbağça" ilə də əlaqələndirilirdi.







Transfer