4 avqust 2026. Çərşənbə axşamı

"Tottenhem" Ferran Torresi transfer etmək istəyir


  • Transfer
  • 01:09 04.08.2026
  • Oxunma sayı: 37
"Tottenhem" Ferran Torresi transfer etmək istəyir

İngiltərənin "Tottenhem" klubu "Barselona"nın hücumçusu Ferran Torresi transfer etməkdə maraqlıdır.

90deqiqe.Az -ın “Sport.es"ə istinadən məlumatına görə, London təmsilçisi yeni hücumçu axtarışını davam etdirir və artıq 26 yaşlı ispaniyalı futbolçu ilə bağlı "Barselona"dan məlumat istəyib.

Bildirilir ki, "Tottenhem" daha əvvəl "Bornmut"un futbolçusu Junior Krupi və nigeriyalı hücumçu Viktor Osimheni heyətinə qatmağa cəhd göstərsə də, bu transferlər baş tutmayıb. Osimhenin yüksək maliyyə tələbləri səbəbindən tərəflər razılığa gələ bilməyib. Bundan sonra Ferran Torres London klubunun əsas transfer hədəflərindən birinə çevrilib.

İspaniyalı futbolçuya Fransanın PSJ klubu da maraq göstərir. Paris təmsilçisinin baş məşqçisi Luis Enrike Ferran Torresi komandasında görmək istəyir.

"Barselona" isə futbolçunun transferindən 50 milyon avrodan çox gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Ferran Torres 2022-ci ildən "Barselona"nın formasını geyinir. Hazırda onun transfer bazarındakı dəyəri 55 milyon avro olaraq qiymətləndirilir.







Transfer