4 avqust 2026. Çərşənbə axşamı

"Fulhem" "Real Madrid"in daha bir gənc futbolçusunu transfer etdi


  • Transfer
  • 01:19 04.08.2026
  • Oxunma sayı: 36
"Fulhem" "Real Madrid"in daha bir gənc futbolçusunu transfer etdi

İngiltərənin "Fulhem" klubu "Real Madrid"in gənc yarımmüdafiəçisi Sezar Palasiosun transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin iyun ayınadək qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb. Sazişdə klubun müqaviləni daha bir il uzatmaq hüququ da nəzərdə tutulub.

Transferin maliyyə detalları açıqlanmasa da, Sezar Palasios yeni komandasında 8 nömrəli formanı geyinəcək.

Transferdən sonra klub televiziyasına açıqlama verən ispaniyalı futbolçu yeni mərhələyə böyük ümidlərlə başladığını bildirib.

"Burada olduğum üçün çox həyəcanlıyam. Düşünürəm ki, bu, karyeram üçün ən doğru addımdır. Klub mənə böyük etimad göstərir və mən də bunun qarşılığını meydanda verməyə çalışacağam", - deyə Sezar Palasios bildirib.







Transfer