- Transfer
- 23:28 04.08.2026
Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadə karyerasını Türkiyədə davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu Türkiyə I Liqa təmsilçisi "Boluspor"la müqavilə imzalayıb. Tərəflər arasında bağlanan sözləşmənin müddəti və maliyyə şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Elvin Yunuszadə ötən mövsüm "Karvan-Yevlax"ın heyətində çıxış edib. O, karyerası ərzində "Neftçi", "Qarabağ" və "Sabah" kimi Azərbaycan Premyer Liqasının aparıcı klublarının da formasını geyinib.
Yunuszadə müxtəlif illərdə Azərbaycan milli komandasının da şərəfini qoruyub.