- Transfer
- 23:48 04.08.2026
Türkiyənin "Trabzonspor" klubu misirli ulduz futbolçu Məhəmməd Salahın transferi ilə bağlı razılıq əldə edib.
90deqiqe.Az-ın Türkiyə mətbuatına istinadən məlumata görə, Trabzon təmsilçisi futbolçunun Yunanıstandan İstanbula gətirilməsi üçün avqustun 5-də xüsusi təyyarə göndərəcək.
Bildirilib ki, Məhəmməd Salah İstanbulda "Trabzonspor"un prezidenti Ertuğrul Doğanla görüşəcək, daha sonra isə tibbi müayinədən keçəcək.
Transferin rəsmiləşdirilməsi üçün bütün prosedurlar tamamlandıqdan sonra 34 yaşlı hücumçunun klub rəhbərliyi ilə birlikdə Trabzona yollanacağı gözlənilir.
Qeyd edək ki, Məhəmməd Salah 2017–2026-cı illərdə İngiltərənin "Liverpul" klubunun formasını geyinib və komandanın heyətində çoxsaylı titullar qazanıb.