5 avqust 2026. Çərşənbə

"Mançester Siti" Pedro Neto üçün danışıqlara başladı


  • Transfer
  • 22:52 04.08.2026
  • Oxunma sayı: 47
"Mançester Siti" Pedro Neto üçün danışıqlara başladı

İngiltərənin "Mançester Siti" klubu "Çelsi"nin vingeri Pedro Netonu transfer etmək üçün hərəkətə keçib.

90deqiqe.Az-ın məlumatına görə,"şəhərlilər" Savinyonun komandadan ayrılma ehtimalını nəzərə alaraq yay transfer pəncərəsində yeni cinah oyunçusu axtarır. Bu səbəbdən klubun əsas hədəflərindən biri də Pedro Neto olub.

"Mançester Siti" artıq portuqaliyalı futbolçunun nümayəndələri ilə birbaşa əlaqə saxlayıb. Tərəflər arasında mümkün transferlə bağlı ilkin danışıqlara başlanılıb.

Pedro Neto indiyədək "Çelsi"nin heyətində 103 rəsmi oyunda meydana çıxıb. O, bu matçlarda 14 qol vurub, 27 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl məzuniyyətdən qayıdaraq "Çelsi"nin düşərgəsinə qoşulub və komanda ilə məşqlərə başlayıb.







Transfer