- Transfer
- 00:16 05.08.2026
İspaniyanın "Real Madrid" klubu "Leyptsiq"in vingeri Yan Diomandenin transferini başa çatdırmağa yaxındır.
90deqiqe.Az-ın “Sky"a istinadən məlumatına görə, tərəflər arasında aparılan son danışıqlar müsbət nəticələnib və razılaşmanın bu həftənin sonunadək rəsmiləşdirilməsi gözlənilir.
19 yaşlı Kot-d'İvuar millisinin futbolçusunun "Transfermarkt" portalına görə bazar dəyəri 90 milyon avro qiymətləndirilsə də, transfer məbləğinin bundan xeyli yüksək olacağı gözlənilir. Mətbuatda yayılan xəbərlərə əsasən, "Real Madrid" bu keçid üçün 130 milyon avrodan çox ödəyə bilər.
Qeyd edək ki, Madrid təmsilçisi İspaniya La Liqasının yeni mövsümündə ilk oyununu avqustun 22-də səfərdə "Espanyol"a qarşı keçirəcək.