- Transfer
- 00:16 05.08.2026
İngiltərənin "Arsenal" və "Nyukasl" klubları yarımmüdafiəçi Bruno Quimareşin transferi ilə bağlı danışıqların son mərhələsinə çatıb.
90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, tərəflər transferin əsas şərtləri üzrə demək olar ki, razılıq əldə ediblər və braziliyalı futbolçunun London klubuna keçidi yekunlaşmaq üzrədir.
Bildirilir ki, Bruno Quimareş yaxın vaxtlarda tibbi müayinədən keçmək üçün icazə alacağına və bundan sonra transferin rəsmiləşəcəyinə ümid edir.
Daha əvvəl yayılan xəbərlərdə yarımmüdafiəçinin "Nyukasl" rəhbərliyinə karyerasını "Arsenal"da davam etdirmək istədiyini bildirdiyi qeyd olunmuşdu.
Qeyd edək ki, Bruno Quimareş 2022-ci ilin yanvar ayından "Nyukasl"ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 41 oyunda doqquz qol vurub, səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.