5 avqust 2026. Çərşənbə

"Tottenhem" Nikolas Ceksonu transfer etmək istəyir


  • Transfer
  • 23:28 04.08.2026
  • Oxunma sayı: 45
"Tottenhem" Nikolas Ceksonu transfer etmək istəyir

İngiltərənin "Tottenhem" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonu heyətinə qatmaq niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, London təmsilçisinin baş məşqçisi Roberto de Zerbi yay transfer pəncərəsi bağlanana qədər hücum xəttini gücləndirmək istəyir. Bu məqsədlə əsas namizədlərdən biri kimi seneqallı hücumçunun adı ön plana çıxıb.

Bildirilir ki, "Çelsi" rəhbərliyi Nikolas Ceksonla bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. Lakin klub 25 yaşlı futbolçunu 65 milyon funt sterlinqdən aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, Nikolas Cekson 2023-cü ilin yayından "Çelsi"nin formasını geyinir. O, London klubunun heyətində keçirdiyi 81 oyunda 30 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Seneqallı hücumçunun "Çelsi" ilə qüvvədə olan müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.







Transfer