19 sentyabr 2026. Şənbə

"Strasburq" Covanni Reynanı heyətinə qatdı


  • Transfer
  • 23:48 04.08.2026
  • Oxunma sayı: 155
"Strasburq" Covanni Reynanı heyətinə qatdı

Fransanın "Strasburq" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda ABŞ millisinin hücumameyilli yarımmüdafiəçisi Covanni Reyna ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

23 yaşlı futbolçu karyerası ərzində Almaniyanın "Borussiya Dortmund", "Borussiya Mönhenqladbax" və İngiltərənin "Nottingem Forest" klublarında çıxış edib.

Transfermarkt-ın məlumatına əsasən, "Strasburq" Reynanın transferi üçün Mönhenqladbax təmsilçisinə 3 milyon avro ödəyib.

Qeyd edək ki, "Strasburq" ötən mövsüm Fransa Liqa 1-də 8-ci yeri tutub və avrokuboklara vəsiqə qazana bilməyib.







Transfer