- Transfer
- 00:52 05.08.2026
"Barselona" klubunun idman direktoru Deko və skaut departamentinin rəhbəri Joau Amaral Madriddə görüntüləniblər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Jijantes FC" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Kataloniya təmsilçiləri Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvaresi transfer etmək üçün son cəhdini etməyə hazırlaşırlar.
Yaxın vaxtlarda Deko və Joau Amaral 26 yaşlı argentinalı futbolçunun meneceri Fernando İdalqo ilə görüş keçirəcəklər.
Bildirilib ki, Xulian Alvares Klublararası Dünya Çempionatı zamanı "Atletiko"dan ayrılaraq "Barselona"ya keçmək istədiyini açıqlayıb. Buna baxmayaraq, Madrid klubu hücumçunu buraxmaq niyyətində deyil və onun "Kamp Nou"ya transferinə razılıq vermir.
Transfermarkt portalının qiymətləndirməsinə əsasən, Xulian Alvaresin bazar dəyəri 120 milyon avro təşkil edir.