- Transfer
- 00:52 05.08.2026
Türkiyənin "Beşiktaş" klubu Moskva ÇSKA-sının yarımmüdafiəçisi Matvey Kislakın transferi üçün rəsmi təklif göndərib.
90deqiqe.Az-ın “Lüpen Sports"a istinadən məlumatına görə, İstanbul təmsilçisi 21 yaşlı futbolçu üçün ÇSKA-ya 20 milyon avro təklif edib. Təklif paketində həmçinin Kislakın gələcəkdə başqa kluba satılacağı təqdirdə transferdən müəyyən faiz payının Rusiya klubuna ödənilməsi də nəzərdə tutulub.
Lakin ÇSKA rəhbərliyi rusiyalı yarımmüdafiəçini 20 milyon avroya satmağa razı deyil. Moskva klubu futbolçunun transferi üçün 40 milyon avro tələb edir.
Qeyd edək ki, Matvey Kislak 2024-cü ildən ÇSKA-nın əsas komandasında çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 42 oyunda səkkiz qol vurub və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.