5 avqust 2026. Çərşənbə

"Real"ın yeni transferi klub tarixinin ən bahalısı ola bilər


  • Transfer
  • 00:52 05.08.2026
  • Oxunma sayı: 52
"Real"ın yeni transferi klub tarixinin ən bahalısı ola bilər

"Leypsiq"in vingeri Yan Diomande yaxın günlərdə "Real"a keçəcək.

90deqiqe.Az-ın məlumatına görə, çərşənbə axşamı klublar arasında keçirilən danışıqlar müsbət nəticələnib və transferin tamamlanmasına çox az qalıb.

 Diomandenin keçidi "Real" tarixinin ən bahalı transferi olacaq. Bonuslarla birlikdə sövdələşmənin ümumi məbləğinin 135,8 milyon avronu keçə biləcəyi bildirilir.

Qeyd edək ki, Transfermarkt portalının məlumatına görə, Madrid klubunun tarixində ən bahalı üç transfer belə sıralanır:

  1. Cud Bellinqem – 127 milyon avro
  2. Eden Hazard – 120,8 milyon avro
  3. Qaret Beyl – 101 milyon avro

Yan Diomandenin mümkün transferi rəsmiləşəcəyi təqdirdə, gənc futbolçu bu siyahıda ilk pilləyə yüksələcək.







Transfer