- Transfer
- 23:46 05.08.2026
İngiltərənin "Hall Siti" klubu heyətini Yunanıstan millisinin qapıçısı Konstantinos Tsolakislə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı qolkiper Yunanıstanın "Olimpiakos" komandasından transfer olunub. Tərəflər arasında 2031-ci ilin yayına qədər qüvvədə olacaq beş illik müqavilə imzalanıb.
Transfer üçün ödənilən məbləğ rəsmi açıqlanmasa da, bu keçidin "Hall Siti" tarixinin ən bahalı transferi olduğu bildirilib. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçu üçün təxminən 23,3 milyon avro ödənilib.
Karyerasına "Platanias"da başlayan Konstantinos Tsolakis 2020-ci ilin martında "Olimpiakos"un əsas komandasında debüt edib. O, Pirey təmsilçisinin heyətində keçirdiyi 131 oyunun 64-də qapısını toxunulmaz saxlayıb.
Yunanıstan millisinin heyətində doqquz oyuna çıxan qapıçı "Olimpiakos"la dörd dəfə ölkə çempionu olub. Bundan əlavə, o, Yunanıstan Kuboku, Superkuboku və 2023/2024 mövsümündə UEFA Konfrans Liqasının qalibi adını qazanıb.