5 avqust 2026. Çərşənbə

"Mançester Yunayted" Altay Bayındırı "Selta Viqo"ya göndərir


  • Transfer
  • 22:30 05.08.2026
  • Oxunma sayı: 46
"Mançester Yunayted" Altay Bayındırı "Selta Viqo"ya göndərir

İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Altay Bayındır karyerasını İspaniyada davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, "Mançester Yunayted" 27 yaşlı türkiyəli qapıçının icarə əsasında transferi ilə bağlı "Selta Viqo" ilə razılıq əldə edib.

Bildirilir ki, müqavilədə İspaniya klubunun 4 milyon avro məbləğində satınalma hüququ da yer alacaq.

Altay Bayındırın yaxın günlərdə tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün İspaniyaya yollanacağı qeyd olunur.

Qeyd edək ki, "Mançester Yunayted"in yeni mövsüm planlarında yer almayan Türkiyə millisinin qapıçısı üçün "Selta Viqo" əsas seçimə çevrilib.







Transfer