5 avqust 2026. Çərşənbə

"Real Madrid" Vinisiusla yeni müqaviləyə bir addım da yaxınlaşdı


  • Transfer
  • 22:35 05.08.2026
  • Oxunma sayı: 35
"Real Madrid" Vinisiusla yeni müqaviləyə bir addım da yaxınlaşdı

"Real Madrid" rəhbərliyi ilə Vinisius Junior arasında yeni müqavilə ilə bağlı danışıqlarda növbəti görüş baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər keçirilən görüşü "çox müsbət" kimi qiymətləndiriblər.

Hazırda Madrid klubu braziliyalı futbolçu və onun menecmentini həyata keçirən "Roc Nation" agentliyi ilə müqavilənin uzadılması istiqamətində danışıqları davam etdirir. "Real Madrid" Vinisiusdan yekun cavabı mümkün qədər tez verməsini istəyib.

Daha əvvəl yayılan xəbərlərdə "kral klubu"nun 26 yaşlı hücumçuya komandadakı önəmli rolunu əks etdirən yeni müqavilə təklifi təqdim etdiyi bildirilirdi.

Qeyd edək ki, Vinisiusun gələcəyini İngiltərənin "Arsenal" klubu da yaxından izləyir. London təmsilçisi braziliyalı futbolçunu transfer etmək üçün uyğun fürsət yaranacağı təqdirdə rəsmi addım atmağa hazırdır.







Transfer