- Transfer
- 23:46 05.08.2026
İtaliyanın "Roma" klubu "Atletiko Madrid"in müdafiəçisi Nael Molinanın transferi ilə bağlı razılıq əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, paytaxt təmsilçisi 28 yaşlı argentinalı futbolçu üçün İspaniya klubuna 18 milyon avro ödəyəcək.
Bildirilir ki, "Roma" Nael Molina ilə şəxsi müqavilənin şərtlərini də tam razılaşdırıb. Transferin yaxın vaxtlarda rəsmən elan olunacağı gözlənilir.
Qeyd edək ki, Nael Molina 2020-2022-ci illərdə İtaliyada "Udineze"nin formasını geyinib. Bundan sonra o, dörd mövsüm "Atletiko Madrid"in heyətində çıxış edib.
Xatırladaq ki, "Roma" 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasında iştirak edəcək. Paytaxt təmsilçisi ötən mövsüm A Seriyasını üçüncü pillədə başa vurub.