5 avqust 2026. Çərşənbə

"Real Madrid" rekord transferi rəsmiləşdirməyə hazırlaşır


  • Transfer
  • 22:45 05.08.2026
  • Oxunma sayı: 32
"Real Madrid" rekord transferi rəsmiləşdirməyə hazırlaşır

İspaniyanın "Real Madrid" klubu "Leyptsiq"in vingeri Yan Diomandenin transferini yaxın günlərdə rəsmiləşdirəcək.

90deqiqe.Az-ın “Sky"a istinadən məlumatına görə, 19 yaşlı Kot-d'İvuar futbolçusunun transferi üçün "Real Madrid" 125 milyon avro sabit məbləğ ödəyəcək.

Bildirilib ki, müqavilədə nəzərdə tutulan real bonuslar işə düşəcəyi təqdirdə transferin ümumi dəyəri 135 milyon avroya, çətin yerinə yetirilən bonusların da reallaşması halında isə 140 milyon avroya qədər arta bilər.

Məlumata əsasən, tərəflər arasında yalnız son texniki detalların həlli qalıb. Bundan sonra transferin rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Yan Diomandenin keçidindən onun sabiq klubu "Leqanes" də maliyyə gəliri əldə edəcək.







Transfer