- Transfer
- 23:46 05.08.2026
Misir millisinin hücumçusu Məhəmməd Salah "Trabzonspor"a transferini rəsmiləşdirməyə bir addım da yaxınlaşıb.
90deqiqe.Az-ın məlumatına görə, ulduz futbolçu çərşənbə günü İstanbulda "Trabzonspor" üçün tibbi müayinədən keçib.
Klub həmçinin açıqlayıb ki, Salah yerli vaxtla saat 20:00-da Trabzon hava limanına enəcək.
"Trabzonspor" azarkeşlərə müraciət edərək onları futbolçunu qarşılamaq üçün hava limanına şəxsi avtomobillərlə gəlməməyə çağırıb. Bildirilib ki, bu addım yollarda tıxacın yaranmasının qarşısını almaq məqsədi daşıyır.
Bundan başqa, klub azarkeşlərdən hava limanının fəaliyyətini pozmamaq və insanların sağlamlığını riskə atmamaq üçün pirotexniki vasitələrdən istifadə etməməyi də xahiş edib.
Qeyd edək ki, Məhəmməd Salah bu yay doqquz illik çıxışdan sonra İngiltərənin "Liverpul" klubu ilə yollarını ayırıb.