- Transfer
- 23:46 05.08.2026
İngiltərənin "Aston Villa" klubunun qapıçısı Emiliano Martines yay transfer pəncərəsində komandasını tərk etməyi planlaşdırmır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə futbolçunun agenti Qustavo Qoni məlumat verib.
Onun sözlərinə görə, 33 yaşlı argentinalı qolkiper "Mançester Yunayted", "Yuventus" və "İnter" kimi klubların marağına baxmayaraq, heç vaxt "Aston Villa" rəhbərliyindən ayrılmaq istədiyini bildirməyib.
Agent qeyd edib ki, Martines yalnız həm futbolçu, həm də klub bu qərarda maraqlı olacağı təqdirdə Birmingem təmsilçisi ilə yollarını ayıra bilər.
Qeyd edək ki, Emiliano Martines 2020-ci ildən "Aston Villa"nın formasını geyinir. O, klubun heyətində indiyədək 256 oyunda meydana çıxıb.
Argentinalı qapıçının "Aston Villa" ilə qüvvədə olan müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.