- Transfer
- 23:53 05.08.2026
İspaniyanın "Barselona" klubu "Əl-Hilal"ın müdafiəçisi Joau Kanselunun transferini yay transfer pəncərəsi bağlanana qədər başa çatdıracağına inanır.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi hazırda "Əl-Hilal" ilə transfer məbləği üzrə danışıqları davam etdirir.
Bildirilir ki, tərəflər arasında hələ yekun razılıq əldə olunmasa da, "Barselona" rəhbərliyi bu keçidin uğurla başa çatacağına əmindir.
Məlumata əsasən, portuqaliyalı futbolçunun özü də karyerasını yalnız "Barselona"da davam etdirmək istəyir və digər variantları nəzərdən keçirmir.
Qeyd edək ki, Joau Kanselu daha əvvəl icarə əsasında "Barselona"nın formasını geyinib. O, Kataloniya klubunun heyətində keçirdiyi 65 oyunda altı qol vurub və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.