- Transfer
- 00:06 06.08.2026
İngiltərənin "Nyukasl" klubu almaniyalı mütəxəssis Matias Yaysslenin komandanın yeni baş məşqçi postuna təyinatını rəsmiləşdirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, "sağsağanlar" tərəflər arasında imzalanan müqavilənin müddətini açıqlamayıb.
Matias Yayssle məşqçilik karyerasına Avstriyanın "Red Bull Zaltsburq" klubunda başlayıb və 33 yaşında komandanın baş məşqçisi olub. O, debüt mövsümündə komandaya Avstriya çempionatı və ölkə kubokunu qazandıraraq "qızıl dubl"a imza atıb. Bununla yanaşı, "Zaltsburq" klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
Alman mütəxəssis növbəti mövsümdə də komandanı ardıcıl ikinci dəfə Avstriya çempionu edib.
Yayssle daha sonra Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunu çalışdırıb. O, ilk mövsümündə komandanı AFC Çempionlar Liqasına vəsiqə qazandırıb, sonrakı iki mövsümdə isə ardıcıl iki dəfə turnirin qalibi olub. Bununla da o, bu uğura imza atan ilk baş məşqçi kimi tarixə düşüb.
Qeyd edək ki, "Nyukasl" ötən mövsüm İngiltərə Premyer Liqasını 12-ci pillədə başa vurub.