- Transfer
- 00:06 06.08.2026
"Atletiko" klubunun müdafiəçisi Matteo Rucçeri karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, "Atletiko" və "Aston Villa" futbolçunun transferi ilə bağlı razılıq əldə ediblər. Müqavilənin dəyəri 18 milyon avro təşkil edəcək. Bundan əlavə, 6 milyon avro məbləğində bonus ödənişləri də nəzərdə tutulub. Transferin rəsmiləşməsi üçün yalnız futbolçunun yekun razılığı qalır.
Bildirilib ki, 23 yaşlı italiyalı müdafiəçi gələcəyi ilə bağlı qərarı gözlədiyi üçün "Atletiko"nun Cənubi Koreyadakı mövsümöncəsi təlim-məşq toplanışına yollanmayıb.
Qeyd edək ki, daha əvvəl Matteo Rucçeri ilə İtaliyanın "Yuventus" və "Roma" klubları da maraqlanırdı.
Rucçeri 2025-ci ildən Madrid təmsilçisinin formasını geyinir. O, "Atletiko"nun heyətində keçirdiyi 47 oyunda yeddi məhsuldar ötürmə ilə yadda qalıb.