- Transfer
- 00:06 06.08.2026
"Real" klubunun hücumameyilli yarımmüdafiəçisi Franko Mastantuono karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
90deqiqe.Az-ın “Tutto Mercato Web"ə istinadən məlumatına görə, "Fiorentina" argentinalı futbolçunu 2026/2027 mövsümü üçün bir illik icarəyə götürəcək. Razılaşmaya əsasən, icarə müddətində oyunçunun maaşı "Real" və "Fiorentina" arasında bərabər şəkildə bölüşdürüləcək.
Mənbənin iddiasına görə, müqavilədə əlavə bir bənd də yer alıb. Belə ki, Florensiya təmsilçisi UEFA Çempionlar Liqasına və ya UEFA Avropa Liqasına vəsiqə qazanacağı təqdirdə, Mastantuononun icarə müddətini daha bir il uzatmaq hüququna malik olacaq.
Qeyd edək ki, Franko Mastantuononun avqustun 14-də 19 yaşı tamam olacaq.
Gənc yarımmüdafiəçi "Real"ın heyətində keçirdiyi 35 oyunda üç qola imza atıb və bir məhsuldar ötürmə müəllifi olub.