6 avqust 2026. Cümə axşamı

"Yuventus" PSJ-nin qapıçısını transfer etmək istəmədi


  • Transfer
  • 23:53 05.08.2026
  • Oxunma sayı: 43
"Yuventus" PSJ-nin qapıçısını transfer etmək istəmədi

Fransanın PSJ klubunun qapıçısı Lyuka Şevalye cari yay transfer pəncərəsində "Yuventus"a keçməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, Paris təmsilçiləri hücumçu Randal Kolo-Muaninin transferi ilə bağlı aparılan danışıqlar zamanı fransalı qolkiperin xidmətini də Turin klubuna təklif ediblər. Lakin "Yuventus" rəhbərliyi 24 yaşlı qapıçının transferində maraqlı olmadığını bildirib.

Lyuka Şevalye ötən ilin yayında "Lill"dən PSJ-yə transfer olunub. O, mövsüm ərzində əsas heyətdə yer uğrunda rəqabətdə rusiyalı qapıçı Matvey Safonova uduzub.

Məlumata görə, "Yuventus" yaxın vaxtlarda Fransa Liqa 1 təmsilçisindən icarə əsasında Dzion Suzukiyə heyətinə qata bilər. Yaponiyalı qapıçının PSJ tərəfindən "Parma"dan transferinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.







Transfer