6 avqust 2026. Cümə axşamı

"İnter"in müdafiəçisi üç klubu rədd etdi


  • Transfer
  • 00:06 06.08.2026
  • Oxunma sayı: 30
"İnter"in müdafiəçisi üç klubu rədd etdi

"İnter"in müdafiəçisi Benjamen Pavar karyerasını Milan təmsilçisində davam etdirmək niyyətindədir və bu səbəbdən üç klubun transfer təklifini rədd edib.

90deqiqe.Az-ın “Calciomercato"ya istinadən məlumatına görə, 30 yaşlı fransalı futbolçu "Benfika", "Qalatasaray" və "Komo"dan gələn təklifləri qəbul etməyib. Pavarın əsas məqsədi "neradzurri"nin baş məşqçisi Kristian Kivunu komandada qalmağa layiq olduğuna inandırmaqdır.

Məlumata əsasən, yay transfer pəncərəsinin əvvəlində müdafiəçinin "İnter"dən ayrılması demək olar ki, həll olunmuş məsələ hesab edilirdi. Lakin futbolçunun mövsümöncəsi hazırlıq mərhələsində uğurlu çıxışı vəziyyətin dəyişməsinə səbəb ola bilər.

Qeyd edək ki, daha əvvəl "İnter" Benjamen Pavar üçün 10-15 milyon avro həcmində gələcək təklifləri nəzərdən keçirməyə hazır idi.







Transfer