6 avqust 2026. Cümə axşamı

Xulian Alvares "Barselona"ya keçmək üçün daha bir cəhd edəcək


  • Transfer
  • 00:45 06.08.2026
  • Oxunma sayı: 50
Xulian Alvares "Barselona"ya keçmək üçün daha bir cəhd edəcək

"Atletiko" klubunun hücumçusu Xulian Alvares "Barselona"ya transfer olmaq üçün daha bir addım atmağa hazırlaşır.

90deqiqe.Az-ın “Sport.es"ə istinadən məlumatına görə, argentinalı futbolçu artıq Kataloniya klubunun idman direktoru Dekuya komandanı gücləndirmək istədiyini və "Atletiko" rəhbərliyinə təzyiqi artırmağa hazır olduğunu bildirib.

Bununla belə, Alvares məşqləri boykot etmək və ya Madrid klubu ilə açıq qarşıdurmaya getmək niyyətində deyil. Bildirilir ki, argentinalı forvard yaxın zamanda şəxsi olaraq "Atletiko" rəhbərliyi ilə görüşərək yay transfer dönəmində komandadan ayrılmaq istədiyini açıqlayacaq.

Daha əvvəl "Barselona" futbolçu üçün 100 milyon avroluq təklif göndərsə də, "Atletiko" danışıqlara başlamaqdan imtina edib. Mənbənin məlumatına görə, Madrid klubu mövqeyini dəyişəcəyi halda, Kataloniya təmsilçisi təklif etdiyi məbləği artırmağa hazırdır.

Qeyd edək ki, Xulian Alvares 2024-cü ilin yayından "Atletiko"nun formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Futbolçunun bazar dəyəri isə təxminən 120 milyon avro qiymətləndirilir.







Transfer