- Transfer
- 22:43 06.08.2026
Türkiyənin "Trabzonspor" klubu misirli hücumçu Məhəmməd Salahı heyətinə qatıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, tərəflər arasında ikiillik müqavilə imzalanıb.
Bildirilib ki, təcrübəli futbolçu "Trabzonspor"da hər mövsüm üçün 17 milyon avro məvacib alacaq.
Qeyd edək ki, ötən gün Türkiyəyə gələn Məhəmməd Salah tibbi müayinədən uğurla keçib. Onun son klubu İngiltərə təmsilçisi "Liverpul" olub.