- Transfer
- 22:43 06.08.2026
İspaniyanın "Real Madrid" klubu heyətini növbəti ulduz futbolçu ilə gücləndirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, "kral klubu" Almaniyanın "Leypsiq" komandasında çıxış edən Kot-d'İvuar millisinin üzvü Yan Diomandeni transfer etdiyini rəsmən açıqlayıb.
Madrid təmsilçisi 19 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yeddiillik müqavilə imzalayıb.
Məlumata görə, "Real Madrid" bu keçid üçün "Leypsiq"ə 125 milyon avro təzminat ödəyəcək. Razılaşmada əlavə 15 milyon avro məbləğində bonusların nəzərdə tutulduğu da bildirilib.
Qeyd edək ki, "Real Madrid" yay transfer dövründə heyətini gücləndirməyə davam edir. Komanda daha əvvəl Mark Kukurelya, Bernardu Silva, Denzel Dümfris, Karlos Espi və İbrahima Konateni də transfer edib.