6 avqust 2026. Cümə axşamı

PSJ Fransa millisinin yarımmüdafiəçisini transfer etdi


  • Transfer
  • 22:03 06.08.2026
  • Oxunma sayı: 35
PSJ Fransa millisinin yarımmüdafiəçisini transfer etdi

Fransanın PSJ klubu "Monako"nun yarımmüdafiəçisi Maqnes Akliuşu heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Akliuş yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.

Fransa mətbuatının məlumatına əsasən, PSJ bu transfer üçün "Monako"ya 50 milyon avro ödəyib.

Qeyd edək ki, Maqnes Akliuş "Monako" akademiyasının yetirməsidir. O, əsas komandada 2022-ci ilin yayından çıxış edirdi. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 43 oyunda yeddi qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalının məlumatına görə, Fransa millisinin üzvünün hazırkı bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer