- Transfer
- 23:38 06.08.2026
"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior klubla yeni müqavilənin şərtləri üzrə razılıq əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında imzalanacaq yeni sözləşmə 2032-ci ilin yayına qədər qüvvədə olacaq.
Xatırladaq ki, daha əvvəl İngiltərənin "Arsenal" klubunun Vinisiusun transferində maraqlı olduğu bildirilirdi. İddialara əsasən, Madrid təmsilçisi futbolçu ilə yeni müqavilə imzalaya bilməyəcəyi təqdirdə, London klubu "Real Madrid"ə rəsmi təklif göndərməyə hazır idi.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ilin yayından "Real Madrid"in formasını geyinir. Braziliyalı vinger "Flamenqo"dan 45 milyon avro qarşılığında İspaniya nəhənginə transfer olunub.
25 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 53 oyunda 22 qola imza atıb və 14 məhsuldar ötürmə verib.