6 avqust 2026. Cümə axşamı

PSJ "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir


  • Transfer
  • 22:17 06.08.2026
  • Oxunma sayı: 34
PSJ "Çelsi"nin müdafiəçisini transfer etmək istəyir

Fransanın PSJ klubu "Çelsi"nin və Fransa millisinin futbolçusu Malo Güstonu heyətinə qatmaq niyyətindədir.

90deqiqe.Az-ın “The Sun"a istinadən məlumatına görə, London təmsilçisi sağ cinah müdafiəçisi üçün 75 milyon funt sterlinq (təxminən 88 milyon avro) tələb edir.

Bildirilib ki, 22 yaşlı futbolçunun transferində İngiltərənin "Mançester Siti" klubu da maraqlıdır. Lakin "şəhərlilər"in "Çelsi"nin tələb etdiyi məbləği ödəməyə hazır olmadığı vurğulanıb.

Qeyd edək ki, Malo Güsto 2025/26 mövsümündə "Çelsi"nin heyətində bütün turnirlərdə səkkiz oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalına əsasən, fransalı müdafiəçinin bazar dəyəri 35 milyon avro təşkil edir. O, həmçinin Fransa millisinin heyətində 2026-cı il dünya çempionatının yarımfinalına qədər irəliləyib.







Transfer