- Transfer
- 23:38 06.08.2026
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodrinin "Real Madrid"ə transferinin niyə baş tutmadığı ilə bağlı yeni detallar ortaya çıxıb.
90deqiqe.Az-ın məlumatına görə, Madrid təmsilçisi ispaniyalı futbolçunun keçidini reallaşdırmağa çox yaxın olsa da, transfer maliyyə məsələlərinə görə baş tutmayıb.
Bildirilib ki, "Real Madrid" əvvəlcə həm Rodri, həm də "Mançester Siti" ilə razılıq əldə etmək üzrə idi. Lakin klubun baş skautu Xuni Kalafatın müdaxiləsindən sonra prezident Florentino Peres transferin məbləğini aşağı salmağa çalışmaq məqsədilə danışıqları dayandırmaq qərarı verib.
İddialara əsasən, İngiltərə klubu maliyyə şərtlərində güzəştə getməyib. "Real Madrid"in gözləmə mövqeyi tutmasından istifadə edən "Barselona" isə transfer uğrunda mübarizəyə qoşulub.
Kataloniya klubunun idman direktoru Deko, baş məşqçi Hans-Diter Flik və Rodri ilə İspaniya millisində birgə çıxış edən bir neçə futbolçu yarımmüdafiəçi ilə görüşərək onu "Barselona"ya keçməyə razı salıblar.