- Transfer
- 23:38 06.08.2026
"Barselona"nın "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək planından demək olar ki, imtina etdiyi bildirilir.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya klubu argentinalı forvardın keçidini bu yay reallaşdırmağı artıq nəzərdən keçirmir. Gözlənilir ki, Alvares növbəti mövsümdə də Madrid təmsilçisinin formasını geyinəcək.
Xatırladaq ki, daha əvvəl "Barselona"nın 25 yaşlı futbolçunun transferində ciddi maraqlı olduğu və "Atletiko"ya rəsmi təklif göndərdiyi barədə xəbərlər yayılmışdı. Alvaresin də klubunu dəyişmək istədiyi bildirilsə də, görünür, bu keçid yaxın zamanda baş tutmayacaq.
Qeyd edək ki, son məlumatlara əsasən, "Barselona" hazırda əsas diqqətini "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Hernandesin transferinə yönəldib və tərəflər arasında danışıqlar yekun mərhələyə çatıb.