- Transfer
- 23:38 06.08.2026
İtaliyanın "Roma" klubu kapitanı Lorentso Pelleqrini ilə müqavilənin müddətini uzatmağa yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər yeni müqavilənin şərtləri ilə bağlı şifahi razılıq əldə ediblər. Yeni sözləşmənin 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, Lorentso Pelleqrini 2017-ci ildən "Roma"nın əsas komandasında çıxış edir. Təcrübəli yarımmüdafiəçi bu müddət ərzində paytaxt təmsilçisinin heyətində 300-dən çox oyuna çıxıb və uzun illərdir komandanın kapitan sarğısını daşıyır.
Xatırladaq ki, "Roma" İtaliya A Seriyasında yeni mövsümə avqustun 24-də start verəcək. Roma təmsilçisi ilk turda doğma meydanda "Fiorentina"nı qəbul edəcək.