7 avqust 2026. Cümə

"Qalatasaray" Leaunun alternativini "Arsenal"da tapdı


  • Transfer
  • 23:08 06.08.2026
  • Oxunma sayı: 32
"Qalatasaray" Leaunun alternativini "Arsenal"da tapdı

"Qalatasaray" "Arsenal"ın cinah hücumçusu Qabriel Martinellini Rafael Leaunun transferinin baş tutmayacağı təqdirdə əsas alternativ namizəd kimi nəzərdən keçirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Canluka Di Marzio məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, braziliyalı futbolçu İstanbul klubunun qısa siyahısına daxil edilib. "Qalatasaray"ın "Milan"la Rafael Leaunun transferi üzrə razılığa gələ bilməyəcəyi halda, klub Martinelli üçün hərəkətə keçəcək.

Bununla belə, mümkün transferin taleyi böyük ölçüdə "Arsenal"ın mövqeyindən asılı olacaq. London təmsilçisi Martinellini satacağı halda, onun əvəzini dolduracaq futbolçu axtarmalı olacaq.

Xatırladaq ki, "Qalatasaray" daha əvvəl Rafael Leau üçün "Milan"a rəsmi təklif göndərib. Lakin İtaliya klubu təklif olunan məbləği yetərli hesab etməyərək onu geri çevirib. Portuqaliyalı futbolçu isə hələlik karyerasını Türkiyədə davam etdirməklə bağlı yekun qərar verməyib.







Transfer