- Transfer
- 23:38 06.08.2026
"Lids Yunayted" "Mançester Siti"nin qapıçısı Ceyms Traffordun transferini rəsmiləşdirib
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, ingiltərəli qolkiper yeni klubu ilə beşillik müqavilə imzalayıb.
Tansferin dəyəri bonuslar nəzərə alınmadan təxminən 46,4 milyon avro təşkil edib. Bununla da Trafford həm "Lids" tarixinin ən bahalı transferi, həm də İngiltərə futbolu tarixində ən yüksək məbləğə transfer olunan ingiltərəli qapıçı olub.
Qeyd edək ki, "Lids"in əvvəlki transfer rekordu 2023-cü ilin yanvarında "Hoffenhaym"dan transfer edilən fransalı hücumçu Jorjinyo Rütterə məxsus idi. Həmin vaxt klub bu keçid üçün təxminən 41,2 milyon avro ödəmişdi.
Ceyms Trafford ötən mövsüm "Mançester Siti"nin heyətində 17 oyuna çıxıb və bunların səkkizində qapısını toxunulmaz saxlayıb.
Bu transferdən sonra "Lids"in cari yay transfer pəncərəsində xərclədiyi vəsait 81 milyon avronu ötüb.