- Transfer
- 23:38 06.08.2026
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Barselona"ya keçə bilər.
90deqiqe.Az-ın “AS" nəşrinə istinadən məlumatına görə, Kataloniya klubu 30 yaşlı futbolçunun transferi üçün təxminən 60 milyon avro ödəyəcək.
Mənbənin bildirdiyinə əsasən, ispaniyalı futbolçu "Barselona" ilə vergilər çıxılmadan illik 30 milyon avro maaş nəzərdə tutulan 4 illik müqavilə imzalayacaq. Daha əvvəl Rodri ilə Kataloniya təmsilçisinin maliyyə şərtləri üzrə razılığa gəldiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Rodri 2019-cu ildən "Mançester Siti"nin formasını geyinir. O, İngiltərə klubuna Madrid "Atletiko"sundan 70 milyon avro qarşılığında transfer olunub.
Futbolçunun "Mançester Siti" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Rodri 2026-cı ildə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib. Turnirin finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edib.