- Transfer
- 01:47 07.08.2026
İngiltərənin "Arsenal" klubunda braziliyalı ulduz Vinisius Juniorun Madrid "Real"ı ilə müqaviləsini uzatmaq qərarı məyusluqla qarşılanıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, "topçular"ın nümayəndəsi klubun Vinisiusu transfer etmək niyyətində olduğunu təsdiqləyib.
"Əlbəttə ki, məyusuq, lakin belə bir nəticənin mümkün olduğunu anlayırdıq. Vinisius heç vaxt yeganə seçimimiz olmayıb. Biz ilk gündən paralel olaraq digər variantlar üzərində də çalışırdıq və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk", - deyə klub rəsmisi bildirib.
Bildirilir ki, "Arsenal" Vinisiusun nümayəndələrinin irəli sürdüyü maliyyə tələblərini qarşılamağa hazır olub və futbolçunu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə razı salmaq üçün ciddi cəhd göstərib.
Lakin transfer baş tutmadıqdan sonra London təmsilçisi diqqətini sol cinah hücumçusu mövqeyi üçün digər namizədlərə yönəldib.
Hazırda klubun əsas hədəfləri arasında PSJ-nin futbolçuları Bredli Barkola və İbrahim Mbaye, "Atletik" (Bilbao) klubunun vingeri Niko Uilyams yer alır. Bundan əlavə, "Arsenal" Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvaresi transfer etmək ideyasından da imtina etməyib.