7 avqust 2026. Cümə

"Çelsi" ispaniyalı müdafiəçinin transferini yekunlaşdırdı


  • Transfer
  • 01:36 07.08.2026
  • Oxunma sayı: 35
"Çelsi" ispaniyalı müdafiəçinin transferini yekunlaşdırdı

İngiltərənin "Çelsi" klubu İspaniyanın "Rayo Valyekano" komandasında çıxış edən sol cinah müdafiəçisi Pep Çavarriyanın transferi ilə bağlı razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bildirilib ki, London təmsilçisi 28 yaşlı futbolçu üçün Madrid klubuna 19 milyon avro ödəyəcək. Müqavilədə nəzərdə tutulan şərtlər yerinə yetiriləcəyi təqdirdə "Rayo Valyekano" əlavə olaraq iki milyon avro bonus qazanacaq.

Mənbənin məlumatına görə, yaxın vaxtlarda Pep Çavarriya tibbi müayinədən keçmək və müqaviləyə imza atmaq üçün İngiltərəyə yollanacaq.

Qeyd edək ki, ispaniyalı futbolçunun transferində "Çelsi"nin baş məşqçisi Xabi Alonso şəxsən israr edib.

Pep Çavarriya ötən mövsüm "Rayo Valyekano"nun heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer