- Transfer
- 01:47 07.08.2026
“Malyorka”nın vingeri Xan Virxili klubunu dəyişməyə yaxındır.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçunun transferini Belçikanın “Brügge” klubu yekunlaşdırmağa hazırlaşır. Tərəflər keçidin şərtləri ilə bağlı şifahi razılığa gəliblər.
Bildirilib ki, “Malyorka” 20 yaşlı futbolçunun transferindən təxminən 12 milyon avro gəlir əldə edəcək. Məhz bu məbləğ Virxilinin müqaviləsində sərbəst qalma bəndi kimi göstərilib.
Qeyd olunur ki, transfer məbləğinin 50 faizi futbolçunun əvvəlki klubu “Barselona”ya çatacaq. Kataloniya təmsilçisi ötən ilə qədər akademiyasının yetirməsi olan Virxilinin geri qaytarılması variantını iyun ayında nəzərdən keçirsə də, keçid baş tutmayıb.
Xatırladaq ki, “Brügge” ötən mövsüm Belçika çempionu olub.