- Transfer
- 23:25 07.08.2026
I Liqa təmsilçisi "Karvan-Yevlax" heyətini yeni qapıçı ilə gücləndirib.
Klubun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Yevlax təmsilçisi Rüstəm Samiqullini transfer edib. Son olaraq "Cəbrayıl"ın formasını geyinən 23 yaşlı qolkiperlə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Beləliklə, Rüstəm Samiqullin yeni mövsümdə "Karvan-Yevlax"ın uğurları üçün mübarizə aparacaq.