- Transfer
- 23:44 07.08.2026
Türkiyə millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Altay Bayındır karyerasını İspaniya La Liqasında davam etdirəcək.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 28 yaşlı qolkiper "Selta"ya icarəyə göndərilib.
Tərəflər arasında əldə olunan razılığa əsasən, Altay Bayındır 2026/2027 mövsümünün sonunadək Viqo təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, türkiyəli qapıçı 2023-cü ildən "Mançester Yunayted"in şərəfini qoruyur. İndi isə o, daha çox oyun praktikası qazanmaq məqsədilə karyerasını müvəqqəti olaraq İspaniya çempionatında davam etdirəcək.