- Transfer
- 23:44 07.08.2026
"Mançester Siti" "Marsel"in qapıçısı Xeronimo Rullinin transferi ilə bağlı Fransa klubu ilə tam razılıq əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, 34 yaşlı argentinalı qapıçı "şəhərlilər"lə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Sazişdə daha bir mövsüm uzadılma opsiyası da yer alacaq.
Bildirilir ki, Rulliyə transferin rəsmiləşdirilməsi ərəfəsində tibbi müayinədən keçmək üçün icazə verilib.
Xatırladaq ki, daha əvvəl "Mançester Siti"nin qapıçı üçün "Marsel"ə iki milyon avro təklif etdiyi, Fransa klubunun isə daha yüksək məbləğ tələb etdiyi bildirilirdi. Son nəticədə tərəflər transferin şərtləri üzrə razılığa gəliblər.