8 avqust 2026. Şənbə

"Real" argentinalı futbolçusunu "Fiorentina"ya icarəyə göndərdi


  • Transfer
  • 23:05 07.08.2026
  • Oxunma sayı: 39
"Real" argentinalı futbolçusunu "Fiorentina"ya icarəyə göndərdi

"Real" klubunun yarımmüdafiəçisi Franko Mastantuono karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, "Fiorentina" argentinalı futbolçunun icarə əsasında heyətə cəlb edib.

Florensiya təmsilçisi icarə müqaviləsinin müddətini açıqlamasa da, daha əvvəl yerli mətbuatda Mastantuononun komandada bir mövsüm çıxış edəcəyi bildirilmişdi. Məlumata görə, "Fiorentina"nın icarə müqaviləsini daha bir il uzatmaq hüququ da olacaq.

Franko Mastantuono "River Pleyt"in yetirməsidir. O, 2025-ci ilin yayında "Real Madrid"ə transfer olunub.

Argentinalı yarımmüdafiəçi ötən mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 3 qola imza atıb.







Transfer