8 avqust 2026. Şənbə

"Milan" Leandro Paredesi transfer etməyə hazırlaşır


  • Transfer
  • 23:09 07.08.2026
  • Oxunma sayı: 38
"Milan" Leandro Paredesi transfer etməyə hazırlaşır

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "ESPN Argentina" məlumat yayıb.

Hazırda Buenos-Ayresin "Boka Xuniors" klubunda çıxış edən təcrübəli futbolçunun "Milan"a transferi gündəmdədir. Mümkün keçidin maliyyə şərtləri və digər detalları isə hələlik açıqlanmayıb.

Bu transfer baş tutacağı təqdirdə, Paredes İtaliya çempionatına qayıdacaq. O, daha əvvəl A Seriyasında "Kyevo", "Empoli", "Roma" və "Yuventus"un heyətində çıxış edib.

Qeyd edək ki, İtaliya A Seriyasında yeni mövsüm avqustun 22-də start götürəcək.







Transfer