8 avqust 2026. Şənbə

Lukaku ilə "Monako" arasında danışıqlar aparılmır


  • Transfer
  • 23:12 07.08.2026
  • Oxunma sayı: 40
Lukaku ilə "Monako" arasında danışıqlar aparılmır

"Napoli"nin hücumçusu Romelu Lukakunun "Monako"ya transferi ilə bağlı yayılan xəbərlər hələlik öz təsdiqini tapmayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hazırda tərəflər arasında belçikalı hücumçunun mümkün transferi ilə bağlı heç bir danışıq aparılmır.

Məlumata əsasən, Lukaku karyerasını davam etdirmək üçün bir neçə variantı nəzərdən keçirir və onun bu yay "Napoli"ni tərk edəcəyi gözlənilir. Futbolçu ilə maraqlanan klublardan biri isə ABŞ-nin MLS təmsilçisi "Atlanta Yunayted"dir.

Xatırladaq ki, daha əvvəl "Monako"nun Lukakunun mümkün transferi ilə bağlı məlumat topladığı bildirilirdi. Mətbuatın yazdığına görə, "Napoli" 32 yaşlı hücumçunu təxminən 10 milyon avro qarşılığında satmağa hazırdır.







Transfer