8 avqust 2026. Şənbə

"Nyukasl" "Mançester Yunayted"ə rədd cavabı verdi


  • Transfer
  • 23:20 07.08.2026
  • Oxunma sayı: 42
"Nyukasl" "Mançester Yunayted"ə rədd cavabı verdi

"Nyukasl" yay transfer pəncərəsində müdafiəçisi Lyuis Hollu satmaq niyyətində deyil.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Mançester Yunayted" təxminən iki həftə əvvəl 21 yaşlı ingilis futbolçunun transfer imkanlarını öyrənmək üçün "Nyukasl"la əlaqə saxlayıb. Lakin "sağsağanlar" qarşı tərəfə Hollun satışa çıxarılmadığını bildirərək təklifi geri çeviriblər.

Lyuis Holl 2024-cü ildən "Nyukasl"ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfermarkt portalının məlumatına görə, gənc müdafiəçinin transfer dəyəri 40 milyon avro qiymətləndirilir.







Transfer