- Transfer
- 23:59 07.08.2026
"Liverpul" PSJ-nin hücumçusu Bredli Barkolanın transferi üçün rəsmi təklif göndərməyə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Mersisayd təmsilçisi 22 yaşlı fransalı futbolçu üçün təxminən 115 milyon avro ödəməyə hazırdır və yaxın vaxtlarda Paris klubuna rəsmi təklif ünvanlayacaq.
Bununla belə, PSJ-nin bu təklifi qəbul etməyəcəyi gözlənilir. Paris təmsilçisi Barkolanı mümkün bonuslar nəzərə alınmadan 150 milyon avrodan artıq məbləğdə qiymətləndirir.
Bildirilir ki, Fransa nəhəngi əvvəllər futbolçunu satmağı planlaşdırmasa da, indi yalnız çox yüksək təklif olacağı halda transferi nəzərdən keçirməyə hazırdır. Barkolanın gələcəyi ilə bağlı vəziyyət onun PSJ ilə müqaviləsini uzatmaqdan imtina etməsindən sonra dəyişib.
Qeyd edək ki, fransalı hücumçunun Paris klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.