8 avqust 2026. Şənbə

"Milan" İsmayıl Bennaseri ilə yollarını ayırdı


  • Transfer
  • 23:44 07.08.2026
  • Oxunma sayı: 60
"Milan" İsmayıl Bennaseri ilə yollarını ayırdı

İtaliyanın "Milan" klubu yarımmüdafiəçisi İsmayıl Bennaserlə yollarını ayırıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

Məlumata görə, 27 yaşlı əlcəzairli futbolçu ilə müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilib.

Bennaser 2019-cu ilin yayında "Empoli"dən 16 milyon avro qarşılığında "Milan"a transfer olunmuşdu. O, Milan klubunda çıxış etdiyi müddətdə İtaliya çempionluğu və ölkə Superkubokunu qazanıb.

Yarımmüdafiəçi son iki mövsümü icarə əsasında keçirib. O, əvvəlcə Fransanın "Marsel", daha sonra isə Xorvatiyanın "Dinamo Zaqreb" klublarında çıxış edib.

Bennaserin növbəti klubu Qətərin "Əl-Qarafa" komandası olacaq. Gözlənilir ki, transfer bazarının hazırkı yay pəncərəsində futbolçu yeni klubuna qoşulacaq.

Qeyd edək ki, Bennaserin hazırkı bazar dəyəri 8 milyon avro qiymətləndirilir.







Transfer